
Ağdaş rayonunda gəlininin evinə qanunsuz daxil olaraq onu bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi istintaq təcridxanasında dünyasını dəyişib.
Qanuntv.az xəbər verir ki, 1954-cü il təvəllüdlü Xanbala Ağayev saxlanıldığı istintaq təcridxanasında ölüb.
Məlumata görə, mərhumun meyiti ailə üzvlərinə təhvil verilib.
Hadisənin və ölümün səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.





