
İranın ABŞ sanksiyalarının yumşaldılması müqabilində uranın zənginləşdirilməsini dayandırmağa razı olduğu barədə məlumat yayılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Pakistandakı mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, razılaşmanın əldə olunmasına İran-ABŞ danışıqlarında vasitəçilər yardım edib.
Lakin məlumatın rəsmi təsdiqi yoxdur. Əksinə, sentyabrın 29-da İranın “Press TV” telekanalına açıqlama verən rəsmisi uranın zənginləşdirilməsinin dayandırılması barədə razılaşma əldə edildiyi haqda xəbərləri təkzib edib.
Beləliklə, hazırda söhbət təsdiqlənmiş razılaşmadan deyil, mediada yayılan və Tehran tərəfindən təkzib edilən məlumatdan gedir.





