
Bakının Binəqədi rayonunda ana və oğlunun ölümü ilə nəticələnən ağır hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Əcəmi Naxçıvani küçəsində qeydə alınıb. İlkin məlumata görə, Rəna adlı yaşlı qadının oğlunu bıçaqladığı bildirilir.
Hadisə ilə bağlı əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
TƏBİB-in məlumatına görə, hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası iki nəfərin – bir qadın və bir kişinin həkiməqədər ölümünü qeydə alıb.
Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırmadan sonra məlum olacaq.





