• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Təcili Tibbi Yardım maşınları üçün müəmmalı tender oyunu [xfvalue_red]

21 Kas, 25 - 12:10

Təcili Tibbi Yardım maşınları üçün müəmmalı tender oyunu
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi publik hüqauqi şəxsi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 11.09.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 960.096,65 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bundan əlavə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 29.07.2025-ci ildə başladığı açıq tenderə də yekun vurub. Bu müsabiqənin də qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 600.646 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumatlar satınalmaların portalında 19.11.2025-ci ildə dərc edilib.

Göründüyü kimi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi iyul ayının sonu, sentyabr ayının əvvəllərində başladığı, 40-45-gün ərzində təşkil etdiyi satınalma prosudurunun ikisində də “AZ-TEX-IMPORT” MMC-ni qalib seçib və ümumi dəyəri 1 560 742 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “AZ-TEX-IMPORT” MMC ilə “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin və mühərrik yağının satınalınması üzrə 584.820,94 manat dəyərində bir müqavilə 16.01.2025-ci ildə, “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların əsaslı təmiri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması üzrə 204.761,1 manat dəyərində bir müqavilə də 03.12.2024-cü ildə bağlayıb. Bu da son 11 ayda “İveco Daily 35S 15/E4 V/P” markalı avtomobillərin ehtiyyat hissələrinə 2 350 305 manat vəsaitin xərclənməsi deməkdir.

İndi gəlin görək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “AZ-TEX-IMPORT” MMC-dən nə kimi ehtiyyat hissələri alır.

Mərkəz 03.12.2024-cü ildə müqavilə bağladığı 96245 nömrəli müsabiqənin şərtlərinə görə adıgedən markalı təcili yardım avtomaşınları üçün 20 ədəd farsunka, 30 ədəd mühərriyin uzun sep dəsti, 30 ədəd mühərriyin başmaq dəsti, 10 ədəd ön fara, 10 ədəd arxa haca yastığı və digər ehtiyyat hissələri.

Mərkəzin 16.01.2025-ci ildə müqavilə bağladığı 94133 nömrəli müsabiqənin şərtlərinə görə 800 ədəd yağ filtri, 300 ədəd hava filtri, 150 yanacaq,300 ədəd süzgəcli yanacaq filtri, 30 ədəd şüşə silgəci, 10 ədəd ön, 10 ədəd arxa amartizator və digər ehtiyyat hissələri.

Mərkəzin 19.11.2025-ci ildə müqavilə bağladığı 116024 nömrəli müsabiqənin şərtlərinə görə 30 ədəd generator, 30 ədəd farsunka, 50 ədəd mühərriyin uzun, 50 ədəd qısa sep dəsti və digər ehtiyyat hissələri.

Mərkəzin 19.11.2025-ci ildə müqavilə bağladığı 118896 nömrəli müsabiqənin şərtlərinə görə 100 ədəd şüşə silgəci, 30 ədəd yağ radiatoru, 50 ədəd hava yastığının hava filtri, hər birindən 400 ədəd kalotka sensoru arxa və ön, 600 ədəd süzgəcli yanacaq filtri, hər birindən 500 ədəd kondisioner və hava filtri, 300 ədəd yanacaq filtri, 1500 ədəd yağ filtri və digər ehtiyyat hissələri.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin ehtiyyat hissələri aldığı “İveco Daily 35S markalı avtomobillər ölkəyə ötən il gətirilib. Prezident İlham Əliyev 16.03.2024-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev yeni ambulanslar barədə dövlət başçısına məlumat verərək bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensialı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir. Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb.

Bu məlumatlardan da göründüyü kimi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomobillərin istismara verilməsinin heç iki ili tamam olmayıb. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” bu avtomobilləri təbii ki, zəmanətlə alıb. Rəsmi distribüter və dilerlər özlərinin zəmanət şərtləri olur. Zəmanət şərti isə müəyyən illəri və yürüşü əhatə edə bilər. Məsələn, 3 il və ya 150.000 km zəmanət. Bunlardan hansı tez bitərsə, həmin zaman da zəmanət qurtarmış hesab olunur. Maraqlıdır, TƏBİB təcili tibbi yardım avtomobillərini neçə illik zəmanətlə və hansı şərtlərlə alıb?

Digər maraqlı nüans alınan ehtiyyat hissələri ilə bağlıdır. Məsələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi son yanvar ayından sonra 800 ədəd yağ filtiri alıb. Son tenderdə isə 1500 ədəd yağ filtri sifariş edib. Bu 10 ayda 2300 ədəd yağ filtiri alınması deməkdir.

Yağ filterlərinin istifadə müddəti avtomobil istehsalçısının tövsiyələrinə əsasən hər 10-15 000 kilometrdə bir dəfə dəyişdirilməlidir. Lakin bu müddət avtomobilin istismar şəraitindən asılı olaraq 6-10 000 kilometrə qədər qısala bilər. Xüsusilə, çətin şəraitdə (yüksək temperatur, dağlıq yollar, sıx şəhər tıxacları) istifadə edildikdə filtr daha tez dəyişdirilməlidir.

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansındakı “Iveco Daily 35S15/E4” markalı təcili yardım avtomobillərinin sayı dəqiq məlum olmadığından alınan yağ filterlərinin neçə avtomobil və neçə aydan bir dəyişdirilməsi üçün nəzərdə tutulduğunu da müəyyən etmək mümkün olmadı.

Bütün bunlara baxmayaraq xüsusilə qeyd edilməlidir ki, təcili yardım avtomobillərinin əksəriyyəti yenidir. Mediada 30.08.2023-cü ildə yayılan məlumatlara görə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs “AZ-TEX-İmport” MMC ilə “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobillərinin” satın alınması üzrə 15 424 092 manat dəyərində müqavilə bağlayıb. Avtomobilin biri dövlət qurumuna 193 min manata başa gəlib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nə tabeli “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi 15.11.2024-cü ildə “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması üzrə “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.874.715 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında olan təcili yardım avtomobillərinin əksəriyyəti yenidir. Belə olan halda son 10 ayda “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomaşınların cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınmasına 2 350 305 manat dövlət vəsaitin xərclənməsi hansı zərurətdən yaranıb?

Qeyd edək ki, “Az-Tex-İmport” MMC Sumqayıt Texnologiyalar Parkının rezident şirkəti tanınır. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Az-Tex-İmport” MMC 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 226 010 manatdır. Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48 mənzil 290-da yerləşən “Az-Tex-İmport” MMC-nin qanuni təmsilçisi İbadullayev İlkin Sahib oğludur. Açıq mənbələrdə İlkin İbadullayev haqqında heç bir məlumata rast gəlinmir.

Bütün bu məlumatlardan da göründüyü kimi, “Az-Tex-İmport” MMC “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə təcili yardım avtomobilləri, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə isə həmin avtomobillərin ehtiyat hissələrini satır. Üstündən heç bir il keçmədiyi halda.
Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Caləlovdu. O, mərkəzə 2023-cü ildən rəhbərlik edir.Aktualinfo.net

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
backend
Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər qüvvəyə mindi
backend
Yeni Dövlət Xidməti yaradıldı - Fərman
backend
Prezident fərman imzaladı
backend
Xankəndi yolundakı aksiyanın 15-ci günü: Sülhməramlıların maşınları maneəsiz hərəkət etdilər - FOTO
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 070

XƏBƏR LENTİ

277 saylı körpələr evi–uşaq bağçası: Gələcəyin sağlam və savadlı nəslinin yetişdiyi nümunəvi təhsil ocağı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:476 Ağu
Ceyhun Bayramov Kiyevdə Andrey Sibiqa ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:396 Ağu
Tərtərdə faciə: Evdə baş verən yanğında ər və arvad həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:346 Ağu
Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:216 Ağu
Ağstafada mağazada bıçaqlanma: Müştəri ürək nahiyəsindən xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:126 Ağu
Çempionlar Liqası: "Sabah" Danimarkada məğlub oldu, cavab oyunu öncəsi ümidlər qalır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:416 Ağu
Bakıda məsciddə yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:316 Ağu
Bakıda ticarət mərkəzində faciə: İşçi lift şaxtasına düşərək həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:196 Ağu
Azərbaycan II Liqasında yeni mövsümün püşkü atıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:096 Ağu
Hikmət Hacıyev: Ermənistan inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin əhəmiyyətini anlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:476 Ağu
Ali Məhkəmənin hakimi Şahin Yusifov təntənəli şəkildə təqaüdə yola salınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:196 Ağu
Yaş məhdudiyyətli sosial şəbəkə platformalarına görə yüksək məbləğdə cərimələr müəyyənləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:215 Ağu
Qurban Qurbanov: "Yaxşı nəticə əldə edəcəyimizə inanırıq" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:105 Ağu
Göyçayda onlayn narkotik satışı ilə məşğul olan iki nəfər həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:045 Ağu
Məmmədnağı Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə sədr müavini təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:515 Ağu
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:495 Ağu
HHM bölmələrinin istifadəsinə yeni hərbi obyektlər verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:325 Ağu
Gürcüstan Dəmir Yollarına məxsus qatarlar Azərbaycanda təmir olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:585 Ağu
Abşeronda yanacaqdoldurma məntəqəsində yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:465 Ağu
Rusiyadan beş Azərbaycan vətəndaşı deportasiya edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:345 Ağu
Hörmüz boğazı ilə bağlı İrana yeni razılaşma təklif edilib: Tehran şərtlərini açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:235 Ağu
Dövlətə sədaqəti, peşəkarlığı və xeyirxahlığı ilə seçilən rəhbər – Leysan Məmmədov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:134 Ağu
Bakı Mühəndislik Universitetinin tələbəsi faciəvi şəkildə vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:244 Ağu
20 il Bakıda gizlənən cinayətkar tutuldu – TƏFƏRRÜAT [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:224 Ağu
Prezident Gömrük Məcəlləsində dəyişiklikləri təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:114 Ağu
Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:584 Ağu
Ələtdə dəniz faciəsi: Əmi və qardaşıoğlu boğularaq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:574 Ağu
Britaniyada şok hadisə: Kişi anasının meyitini üç il dondurucuda saxladı - FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:304 Ağu
Təqaüddə olan DSX polkovniki vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:074 Ağu
Sumqayıtda mədəniyyətə və maarifçiliyə töhfə verən rəhbər – Vüsalə Qurbanova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:544 Ağu
Zərdabın mədəniyyət sahəsində uğurlu rəhbərlərindən biri – Könül Rəhimova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:464 Ağu
Ağ Şəhərdə nümunəvi təhsil ocağı – İlhamə xanımın rəhbərlik etdiyi bağçalar valideynlərin etimadını qazanır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:324 Ağu
Bakı Qızlar Universitetinə qəbul dayandırıldı – Tələbələr digər ali məktəblərə köçürüləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:573 Ağu
Xırdalanda dəhşətli hadisə: Ər arvadını bıçaqladı, sonra özünə qəsd etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:473 Ağu
Ramin Məmmədovdan yeni təyinat [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:403 Ağu
Prezident İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:423 Ağu
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq faciəvi şəkildə ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:293 Ağu
Magistraturaya qəbul olunanların elektron qeydiyyatı başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:213 Ağu
Arvadını evinin qarşısına gətirən sürücünü döydü: Məhkəmə cinayət işinə xitam verdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:173 Ağu
Xəstələr dərmanları nə vaxt pulsuz alacaqlar? – İlk mərhələdə bu xəstəliklər əhatə olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:123 Ağu
"Qisas" antiterror əməliyyatından dörd il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:033 Ağu
Sumqayıtda dörd avtomobil zəncirvari qəzaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:593 Ağu
Azərbaycanın sabiq naziri Tofiq Hüseynov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:192 Ağu
Nikol Paşinyan istefa verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:052 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə