
Heyvan tərəfindən dişlənən və ya zədələnən şəxslər quduzluq riskinə görə vaxt itirmədən tibb müəssisəsinə müraciət etməlidirlər.
Qanuntv.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Aytəkin Qurbanova “Sağlam həyat” verilişində deyib.
Onun sözlərinə görə, heyvan tərəfindən zədələnən şəxs dərhal tibb müəssisəsinə müraciət etməli və quduzluğa qarşı vaksinasiya olunmalıdır.
Mütəxəssis belə hallarda tibbi yardımın gecikdirilməməsinin vacibliyini vurğulayıb.





