
Qanuntv.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tofiq Ələkbərov vəzifəsindən azad edilib.
Məlumata görə, onun yerinə Aynurə Bəhmən qızı Aslanova təyin olunub.
Hələlik Tofiq Ələkbərovun vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzi regionda sanitariya-gigiyena və epidemioloji vəziyyətə nəzarət edən əsas qurumlardan biridir.





