
Zaqatala rayonunda minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanov “Lada Priora” markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.
Qəza zamanı sürücü M.Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər – Muxax kənd sakinləri, 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdiriliblər.
Xəsarət alanlardan Tunar Ramazanovun vəziyyəti ağır, digər yaralıların vəziyyəti isə orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.





