
Muğanlı-İsmayıllı yolunda baş verən avtomobil qəzasının təfərrüatı məlum olub.
Qanuntv.az xəbər verir ki, hadisə bu gün saat 11:00 radələrində Muğanlı-İsmayıllı yolunun 4-cü kilometrliyində baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev bildirib ki, Pəncalı Hacıağa oğlu Hacızadə idarə etdiyi 77-CD-175 dövlət qeydiyyat nişanlı "Mercedes Atego" markalı yük avtomobilində idarəetməni itirib.
Nəticədə yük avtomobili yolun kənarına aşıb.
Hadisə zamanı sürücü və digər şəxslər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, Muğanlı-İsmayıllı avtomobil yolunda əvvəl də yol-nəqliyyat hadisələri baş verib. Məsələn, iyulun 4-də yolun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində baş verən ağır qəza iki nəfərin ölümü ilə nəticələnmişdi.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qanuntv.az





