
Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 21 yaşlı Təhməz Natiq oğlu Abdullayevin meyiti tapılıb.
Qanuntv.az xəbər verir ki, hadisə avqustun 12-də baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 2005-ci il təvəllüdlü Təhməz Abdullayev Kür çayında batıb.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar nəticəsində gəncin meyiti batdığı yerdən təxminən 1,5 kilometr aralıda suda aşkarlanıb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.





