
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, hava limanı istiqamətində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı görüntülərdən məlum olur ki, minik avtomobili müəyyən səbəbdən yolun hərəkət hissəsində dayanıb. Hadisə zamanı digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirlərinin görülmədiyi bildirilir.
NİİM sürücülərə xəbərdarlıq edərək qeyd edib ki, nəqliyyat vasitəsinin nasazlığı və ya digər səbəbdən məcburi dayanma zamanı qəza dayanma işıq siqnalı yandırılmalı və avtomobildən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırılmalıdır.
Həmçinin hərəkətdə olan sürücülərin yollarda diqqətli olmaları və sürət həddinə əməl etmələri tövsiyə olunub.





