• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Səbinə Salmanova: Naxçıvan üçün yeni era başlayır [xfvalue_red]

13 Ağu, 26 - 10:46

Səbinə Salmanova: Naxçıvan üçün yeni era başlayır

Azərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan tarix boyu ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu qədim diyarın taleyi və inkişafı hər zaman dövlətçilik tariximizin mühüm səhifələri ilə sıx bağlı olub.

Milli Məclisin deputatı Səbinə Salmanova Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edərkən bildirib ki, ulu öndər Heydər Əliyevin Naxçıvana göstərdiyi xüsusi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və məqsədyönlü siyasətlə davam etdirilir.

Qanuntv.az xəbər verir ki, deputatın sözlərinə görə, Naxçıvan Azərbaycanın ərazi bütövlüyünün, milli dövlətçilik iradəsinin və geosiyasi maraqlarının mühüm dayaqlarından biridir.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvana hər səfəri dövlət siyasətinin konkret istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm layihələrin reallaşdırılması və muxtar respublikanın gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Deputat bildirib ki, dövlət başçısı Naxçıvanın sosial-iqtisadi inkişafını və Azərbaycanın ümumi inkişaf sisteminə inteqrasiyasını daim diqqətdə saxlayır. Onun sözlərinə görə, Prezident İlham Əliyev indiyədək Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib və bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur layihələrinin açılışında iştirak edib.

Səbinə Salmanova Naxçıvanın müasir inkişaf tarixindən danışarkən ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Deputatın sözlərinə görə, ümummilli liderin Naxçıvan dövründə dövlətçilik ənənələrinin qorunması, milli iradənin möhkəmləndirilməsi və Azərbaycanın müstəqillik yolunun müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

O bildirib ki, sonrakı mərhələdə bu siyasi irs Prezident İlham Əliyev tərəfindən yeni məzmunla zənginləşdirilib. Naxçıvanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, təhsil, səhiyyə və sosial müdafiə sahələrində həyata keçirilən layihələr muxtar respublikanın simasını əhəmiyyətli dərəcədə dəyişib.

Deputat qeyd edib ki, uzun illər Ermənistanın yaratdığı blokada şəraitində yaşayan Naxçıvanın inkişafının təmin edilməsi Azərbaycan dövlətinin siyasi iradəsinin və iqtisadi imkanlarının göstəricisidir.

S.Salmanovanın sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Cənubi Qafqazda yeni reallıqlar yaradıb.

“Bu reallıqlar Naxçıvanın qarşısında da tamamilə yeni imkanlar açır. Azərbaycanın hərbi-siyasi Zəfəri yalnız ərazi bütövlüyümüzün bərpasını təmin etmədi, eyni zamanda regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirdi”, – deyə deputat bildirib.

O vurğulayıb ki, müasir dünyada nəqliyyat dəhlizləri yalnız yük və sərnişin daşımaları üçün istifadə olunan yollar deyil, eyni zamanda dövlətlərin iqtisadi potensialını, siyasi çəkisini və regional inteqrasiya imkanlarını artıran strateji vasitələrdir.

Deputat TRIPP layihəsinin də bu baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının yaradılmasına geniş imkanlar açır.

S.Salmanova qeyd edib ki, bu bağlantının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə uzlaşdırılması Naxçıvanın regional və beynəlxalq tranzit sistemində rolunu daha da artıracaq.

“Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması təkcə ölkəmizin daxili nəqliyyat imkanlarının genişləndirilməsi demək deyil. Bu, eyni zamanda Türkiyə, İran, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni iqtisadi əlaqələrin qurulması üçün mühüm platformadır”, – deyə parlamentari vurğulayıb.

Deputat Naxçıvanın Türkiyə və İranla sərhəddə yerləşməsinin ona böyük strateji üstünlüklər qazandırdığını bildirib. Onun sözlərinə görə, yeni dəmir yollarının, avtomobil yollarının, logistika mərkəzlərinin, gömrük infrastrukturunun və sənaye müəssisələrinin yaradılması muxtar respublikanın iqtisadi potensialını daha da yüksəldə bilər.

S.Salmanova Naxçıvanın Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni bağlantılarda rolunun artacağını da diqqətə çatdırıb. O qeyd edib ki, Şərqdən Qərbə uzanan nəqliyyat marşrutlarının gücləndirilməsi Azərbaycanın tranzit imkanlarını genişləndirərək ölkəni Avrasiya məkanında mühüm logistika mərkəzlərindən birinə çevirə bilər.

Deputatın fikrincə, nəqliyyat və logistika ilə yanaşı, Naxçıvanda yeni sənaye müəssisələrinin, istehsal klasterlərinin, xidmət sahələrinin və ixracyönümlü iqtisadi fəaliyyətin inkişafı üçün də geniş imkanlar yaranacaq.

S.Salmanova Azərbaycanın hərbi-siyasi qələbələrinin davamlı sülhə və iqtisadi inkişafa çevrilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

“Prezident İlham Əliyev həm müharibəni, həm sülhü qazandı” fikrinin bu reallığı ifadə etdiyini deyən deputat bildirib ki, döyüş meydanında əldə olunan Zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib, diplomatik müstəvidə formalaşan yeni reallıqlar isə regionda kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaradıb.

Deputat Naxçıvanın gələcək inkişafının Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsi olduğunu qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan artıq kənarda qalan coğrafi məkan deyil. Əksinə, muxtar respublika Cənubi Qafqazın yeni nəqliyyat-kommunikasiya xəritəsinin əsas elementlərindən birinə çevrilməkdədir.

“Türkiyə ilə Azərbaycanın birbaşa bağlantısının güclənməsi, İranla əməkdaşlığın genişlənməsi, Ermənistanla sülh şəraitində kommunikasiyaların bərpası və Şərq-Qərb marşrutlarının inkişafı Naxçıvanın strateji əhəmiyyətini daha da artıracaq”, – deyə S.Salmanova bildirib.

Deputat hesab edir ki, bu proses Azərbaycanın regional mövqeyinin möhkəmlənməsinə, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasına, eləcə də Avrasiya məkanında yeni ticarət marşrutlarının inkişafına mühüm töhfə verəcək.

Sonda Səbinə Salmanova vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi irsi üzərində formalaşan və Prezident İlham Əliyevin siyasəti ilə yeni məzmun qazanan Naxçıvan strategiyası artıq yeni mərhələyə daxil olur.

“Dünən blokadanın yaratdığı məhdudiyyətlərlə mübarizə aparan Naxçıvan sabah regionun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilmək perspektivi qazanır. Bu gün Naxçıvan üçün yeni era başlayır. Bu eranın əsasını isə milli iradə, siyasi sabitlik, Zəfərdən doğan yeni reallıqlar və Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası təşkil edir”, – deyə deputat əlavə edib.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Ulu Öndərin İrsi: Gələcək Nəsillərə Müqəddəs Əmanətidir
backend
SOCAR-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
backend
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
backend
Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Günü - ŞƏRH
backend
20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 299

XƏBƏR LENTİ

Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5917 Ekm
“Qarabağ” – “Neftçi” qarşılaşması bu gün keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5317 Ekm
İstanbulda sel fəlakəti: Ölənlərin sayı 5-ə çatdı, itkin düşənlər var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5117 Ekm
Samuxda ağır qəza: Avtomobil iki hissəyə bölündü, sürücü reanimasiyaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4417 Ekm
Alyona Əliyevadan Anar Hüseynzadənin sərgisindən paylaşım [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4017 Ekm
Rusiya ordusu Donetsk vilayətində daha bir şəhəri nəzarətə götürdüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3617 Ekm
İmişlidə qoşqulu traktorla “QAZ-53” toqquşdu: Pambıq yola səpələndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1917 Ekm
İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0917 Ekm
İsxak Hersoqun Bakıya səfəri ilə bağlı Türkiyədə yayılan iddialara aydınlıq gətirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0317 Ekm
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5917 Ekm
Ürək köçürülən gənc nahardan sonra vəfat etdi: Bir il sonra toyu olacaqdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1516 Ekm
Qarabağ və Şərqi Zəngəzurun bərpasına 13,2 milyard manat ayrılması proqnozlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0816 Ekm
Standarta uyğun olmayan LED işıqlara görə sürücülər 150 manat cərimələnə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0616 Ekm
Xırdalanda məktəbin şüşələrini daşla sındıran şəxs həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0016 Ekm
Azərbaycanda nikah və boşanmaların sayı azalıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5316 Ekm
İlham Əliyev: “Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5116 Ekm
İlham Əliyev: Azərbaycan AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4816 Ekm
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2516 Ekm
Bakıda atla hərəkət edərək təhlükə yaradan şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2116 Ekm
Ceyhun Bayramov Çin XİN rəhbəri Vanq Yi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1916 Ekm
Elmdən idarəçiliyə uzanan yol: Səadət Əliyevanın təhsil missiyası [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2415 Ekm
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1315 Ekm
Bakıda məktəbin mühafizəçisinə hücum edilib – Əməliyyat olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1015 Ekm
İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0515 Ekm
Ərdoğanın sədrliyi ilə Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0215 Ekm
Donald Tramp administrasiyası Barbara Tornhilli xüsusi səfir təyin edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ekm
İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoq ilə görüşü olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5415 Ekm
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4515 Ekm
Bakıda atasını öldürməkdə təqsirləndirilən Ayxan Vəlizadəyə hökm oxunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0115 Ekm
Gədəbəydə dəhşətli qəza: Sərxoş sürücünün həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5015 Ekm
Azərbaycanda ödəniş sistemləri üzrə yeni tariflər təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1314 Ekm
Media və Yayım Şurası: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumları intensivləşib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1114 Ekm
İlham Əliyev “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0514 Ekm
Azərbaycanda dövlət qurumlarının saytlarına kiberhücum olub – Rəsmi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5814 Ekm
“İlin Vəhşi Təbiət Fotoqrafı 2026” müsabiqəsinin qalibi bəlli olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5314 Ekm
Şirvanda taxtdan yıxılan bir yaşlı körpə Bakıda xəstəxanada vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3814 Ekm
Alyona Əliyeva “44” bədii filminin təqdimat mərasimindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2814 Ekm
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2214 Ekm
Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı müzakirələrə münasibət bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5914 Ekm
Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5014 Ekm
Gəncə İdman Liseyi – sağlam gələcəyin, güclü iradənin və idman uğurlarının ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1513 Ekm
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinə yeni rəhbər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3413 Ekm
“Sabah”ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2913 Ekm
İranın daxili işlər naziri Azərbaycana səfər edib – Vilayət Eyvazovla görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2713 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə