
Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ baş verib.
Qanuntv.az xəbər verir ki, yeraltı təkanlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən qeydə alınıb.
Məlumata görə, zəlzələ saat 16:00-da baş verib. Yeraltı təkanın maqnitudası 3.0, ocağının dərinliyi isə 31 kilometr olub.
Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ ərazidə hiss edilməyib.
Mütəxəssislərin qeydə aldığı məlumatlarda zəlzələnin episentri Lerik-Lənkəran sərhədi kimi göstərilir.





