
Cəlilabad rayonunda zəlzələ baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi nəzdində fəaliyyət göstərən Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:52-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.2 olub, ocağı isə 28 kilometr dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələ əhali tərəfindən hiss olunmayıb.





