
Avqustun 14-də Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qanuntv.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau və Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işlərinin başa çatdırılmasından sonra elektrik enerjisinin verilişinin bərpa olunması nəzərdə tutulur.





