
“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand Ginnesin Rekordlar Kitabında eyni anda dörd rekordla yer alıb.
Qanuntv.az xəbər verir ki, futbolçuya Ginnesin Rekordlar Kitabının dörd sertifikatı təqdim olunub. Bununla bağlı məlumat qurumun sosial şəbəkə hesablarında paylaşılıb.
Qeyd olunur ki, rekordlar əsasən Holandın yüksək məhsuldarlığı ilə bağlıdır.
Beləliklə, Erlinq Holandın adına aşağıdakı dörd rekord rəsmən qeydə alınıb:
Millətlər Liqası tarixinin ən yaxşı bombardiri – 19 qol;
İngiltərə Premyer Liqasında 100 qola ən sürətli çatan futbolçu – 111 matç;
Bir Premyer Liqa mövsümündə ən çox qol vuran futbolçu – 2022/2023 mövsümündə 36 qol;
UEFA Çempionlar Liqasının bir oyununda beş qol vuran futbolçu.
Holand bu göstəricilərlə dünya futbolunun ən məhsuldar hücumçularından biri kimi yeni rekordlara imza atmaqda davam edir.





