
Zaqatala rayonunda icra başçısının sürücüsünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Qanuntv.az xəbər verir ki, hadisə avqustun 9-da rayonun Muxax kəndinin girişində baş verib.
Məlumata görə, “Opel” və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Laçın Qüdrət oğlu Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qəza zamanı 2005-ci il təvəllüdlü İbadulla Əli oğlu Əliyev də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Hazırda hadisənin səbəbləri və digər halları araşdırılır.
Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən Laçın Həsənovun Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının sürücüsü olduğu bildirilir.





