
Ötən gün Bakı-Quba avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşı həyatını itirib.
Qanuntv.az xəbər verir ki, qəza zamanı AAYDA-ya məxsus “Mitsubishi” markalı minik avtomobilinin sürücüsü Nəsib Tahirov həlak olub.
Hadisə ilə bağlı ətraflı məlumat və qəzanın başvermə səbəbləri araşdırılır.
Qəza nəticəsində həyatını itirən AAYDA əməkdaşı Nəsib Tahirovun fotosu təqdim olunur.





