
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə 13 avqust 2026-cı il tarixində qeydə alınıb.
Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı məlumata görə, Tərtər rayonunun Qaynaq kənd sakini, 1953-cü il təvəllüdlü Kamran Şükür oğlu Süleymanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.
Hadisə ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
Aidiyyəti qurumlar işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsinə qarşı vətəndaşları diqqətli olmağa, yalnız təhlükəsizliyi təsdiqlənmiş ərazilərdən istifadə etməyə çağırırlar.





