
Naxçıvan Dövlət Universitetində tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamda qeyd olunub.
Sərəncama əsasən, yataqxana kompleksinin tikintisinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Yeni yataqxana kompleksinin Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrin yaşayış imkanlarının yaxşılaşdırılmasına və onların sosial şəraitinin daha da yüksəldilməsinə xidmət edəcəyi gözlənilir.





