
Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib.
Qanuntv.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, bununla da Livan ərəb dünyasında ölüm hökmünü ləğv edən ilk ölkə olub.
Məlumata görə, “Hizbullah” parlament bloku istisna olmaqla, deputatların əksəriyyəti qərarın lehinə səs verib.
Qəbul edilən qərara əsasən, Livanda ölüm hökmü cəzası ləğv ediləcək və onun əvəzinə ömürlük həbs cəzası tətbiq olunacaq.
Qərarın qüvvəyə minməsi ilə ölkənin cinayət hüququ sistemində mühüm dəyişiklik baş verəcək.





