• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

HƏMAS - “Hizbullah”- Əsəddən sonra zənciri kim tamamlayacaq? - ANALİZ [xfvalue_red]

9 Ara, 24 - 15:51

HƏMAS - “Hizbullah”- Əsəddən sonra zənciri kim tamamlayacaq? - ANALİZ



Suriya Ərəb Respublikasında “ərəb baharı” inqilabı yarımçıq qaldığı yerdən davam etdi. Noyabrın 27-də başlayan hərəkat dekabrın 7-də Bəşşar Əsədin istefası ilə başa çatdı. 2011-ci ildən 2024-cü ilədək bu ölkə kimləri yola salmadı - region üçün ən böyük bəla sayılan İŞİD qruplaşmasını, müxtəlif siyasi-hərbi birləşmələri və sonuncu Bəşşar Əsədi. Onunla birlikdə bir sıra ölkələrin maraqları da bu ölkədən ya çıxarıldı, ya da təsiri zəiflədi.

Bəs Bəşşar Əsəd niyə getdi? O, 2000-ci il iyulun 17-də atası Hafiz Əsəd öləndən sonra Suriya prezidenti olub. ABŞ başda olmaqla Qərb ona ölkədə islahatlar aparmağı təklif etdi. Bəşşar Əsəd dəfələrlə Türkiyəyə dəvət olundu. Bunlar onun atası Hafiz Əsədin siyasi kursundan əl çəkib, Qərblə yaxınlaşmasına, islahat aparmasına cəhdlər idi.

Hətta ABŞ Prezidenti Barak Obama hakimiyyətə gəldikdən sonra Vaşinqtonla Dəməşqin yaxınlaşması üçün addımlar atdı. Çünki 2005-ci ildə iki ölkə arasında diplomatik münasibətlər faktiki olaraq kəsilmişdi. Robert Fordun Suriyaya səfir təyin edilməsi münasibətlərin yenidən qurulmasına səy sayılırdı.

Ancaq Bəşşar Əsədin hökumətə qarşı olan qüvvələrə təzyiq göstərməsi Dəməşqlə Vaşinqton arasında münasibətləri yenidən pozdu.

HƏMAS - “Hizbullah”- Əsəddən sonra zənciri kim tamamlayacaq? - ANALİZ


O, Rusiya və İranı seçdi. Bununla da Qərbə qarşı mövqeyini nümayiş etdirdi. Tehran və Moskvadan hərbi yardımlar almaqla müxalifəti tutduqları ərazilərdən çıxarmağa nail oldu. Ancaq PKK/YPG-PYD terror qruplaşmasının nəzarəti altında olan ərazilərə girə bilmədi. Bundan başqa milyonlarla suriyalı ölkəni tərk etdi. B.Əsəd ölkənin bir hissəsinə nəzarət edirdi.

Onun idarə etdiyi Suriya bu vəziyyəti ilə region üçün təhlükə mənbəyinə çevrilmişdi. İran ölkədə dini-siyasi ideoloji və hərbi baza yaratmışdı. Rusiya SƏR-də mövqelərini gücləndirmişdi. Türkiyənin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi təhdid olunurdu.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İran Suriya ərazisindən yəhudi dövlətinin təhlükəsizliyini təhdid etməyə başladı. Tehran oradan Livandakı “Hizbullah” qruplaşmasına hərbi texnika və döyüş sursatları ilə yardımlar edib.

Misir, Liviya, Tunis, Yəməndən sonra Suriyada da hakimiyyət dəyişdi. Bu ölkələrdəki rejimlər hadisələrədək demokratik yolla seçildiklərini iddia edirdilər. Ancaq hər biri səlahiyyətlərindən istifadə edərək uzun illər hakimiyyətdə qalmışdılar. Həmin ölkələrdəki sosial-siyasi vəziyyət və başqa amillərin yaratdığı şərait “ərəb bahar”ının baş verməsinə, diktatorların istefasına səbəb olmuşdu.

Oxşar hadisə 13 il əvvəl Suriyada da baş verməli idi, ancaq Əsədin İran və Rusiya tərəfindən dəstəkləməsi onun hakimiyyətinin uzanmasına səbəb olmuşdu.

HƏMAS - “Hizbullah”- Əsəddən sonra zənciri kim tamamlayacaq? - ANALİZ


Suriyada dekabrın 8-də baş verən hadisə Yaxın Şərqdə yeni şəraitin yaranmasına gətirib çıxara bilər.

Qəzza zolağında HƏMAS-ın, Livanda “Hizbullah”ın ən yaxşı halda zəifləməsi Suriyada yeniliyə yol açıb. Hər üç ölkədən İran hakimiyyətinə məxsus qüvvələrin sıxışdırılması və çıxarılması regionda ziddiyyətli qüvvələrin azalması ilə nəticələnir.

Bu, Fələstin, Livan və Suriyanın yenidən qurulması, həm də Yaxın Şərqə sabitlik və əmin-amanlığın gəlməsi üçün ümidləri artırır.

Belə ehtimal etmək olar ki, ən vacib məsələlərdən biri - humanitar fəlakətlərin aradan qalxması, milyonlarla məcburi qaçqının öz evinə qayıtması üçün şərait yaranar.

Suriyada xarici güclərin xüsusi ilə Rusiya, İran, Türkiyə, ABŞ başda olmaqla Qərb blokunun, körfəzdəki ərəb ölkələrinin, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanının müdaxiləsi ilə qarşıdurma müharibənin miqyası və coğrafiyasının genişlənməsi üçün əsas ola bilərdi. Bunu bəzən kiçik dünya savaşı da adlandırırlar.

Deməli, HƏMAS-la başlayan müharibə Bəşşar Əsədin istefası ilə başa çatdı.

HƏMAS - “Hizbullah”- Əsəddən sonra zənciri kim tamamlayacaq? - ANALİZ


Bu savaşda ən çox ziyan çəkib, məyus olan Tehran hakimiyyətidir. Çünki bununla İsrailə təzyiq və onu təhdid etmək üçün əsas mövqelərdən məhrum olur. Bu məyusluğu ört-basır etmək məqsədi ilə İran KİV-i “Rəhbər (ayətullah Seyid Əli Xaməneini nəzərdə tuturlar-red.) Əsədə xəbərdarlıq etmiş” kimi fikirləri irəli sürürlər. İran hakimiyyəti Suriyadakı dini-siyasi ideoloji bazasından da bu yolla məhrum olub. Tehran hakimiyyəti bu məktəb vasitəsi ilə Xomeyninin “islam inqilabı doktrinasının” yayılmasında istifadə edirdi. Bu, Qumdan sonra İranın başlıca mərkəzi sayılırdı.

Ehtimal edilir ki, son zamanlar, xüsusən, bu ilin yayından Tehran Bəşşar Əsədə ona qoşularaq İsrailə qarşı açıq vuruşmağı təklif edib. Ancaq Dəməşq rejiminin başçısı buna razılıq verməyib.

Son hadisələrdə İranın briqada generalı Haşiminin müxalifətlə silahlı qarşıdurmada ölməsi Tehranın Bəşşar Əsəd rejimini cidd-cəhdlə müdafiə etdiyinə örnəkdir. İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi isə son günədək onu bütün istiqamətlərdə müdafiə edəcəklərini bildirmişdi. O, dekabrın 7-də Doha forumu çərçivəsində Rusiya və Türkiyədən olan həmkarları ilə görüşdən öncə belə açıqlama ilə çıxış etmişdi.

Dekabrın 8-də Bəşşar Əsəd rejiminin süqutu göstərir ki, İran bəzi məsələlərdən xəbərsiz olub. Yaxud onu oyundan kənarda saxlayıblar. Əraqçinin sözlərinə görə, Əsəd onlardan yardım istəməyib. Bu isə Dəməşqdəki rejim başçısının Rusiyanın vasitəçiliyi ilə İsrail arasında müəyyən anlaşmanın olduğuna dair yayılan xəbərləri təsdiqləyir.

HƏMAS - “Hizbullah”- Əsəddən sonra zənciri kim tamamlayacaq? - ANALİZ


Tehran əvvəllər “terrorçu” adlandırdığı müxalifətlə indi dialoqa hazır olduğunu açıqlayır.

ABŞ, Avropa İttifaqı, Türkiyə Suriyada baş verən dəyişikliyi alqışlayıb.

İndi əsas məsələ Suriyanın gələcəyi, Misir, Yəmən, İraq və Liviyadakı hadisələrin bu ölkədə təkrarlanıb, təkrarlanmamasıdır. Misirdə Məhəmməd Mursi Prezident seçildikdən sonra vəziyyət iki ilə yaxın qarışıq oldu. Ancaq general Sisinin hakimiyyətə gətirilməsi ilə ölkədə sabitliyin təmininə nail olunub. Liviyada isə hələ ki bunu söyləmək olmur. İraqda da tam sabitlikdən danışmaq hələ tezdir. Çünki bu ölkədə İranın nəzarəti altında olan “müqavimət qüvvələri”, Həşdi-Şəbi kimi silahlı qruplaşma fəaliyyət göstərir. Bundan başqa PKK terror qruplaşmasının qolları da İraqda sabitliyi, təhlükəsizliyi və ölkənin ərazi bütövlüyünü təhdid edir.

BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsasən, Suriyada müvəqqəti keçid hökuməti yaranmalıdır.

Yeri gəlmişkən, Suriyanın keçid hökumətinə keçmiş baş nazir Riyad Fərid Hicabın başçılıq edəcəyi gözlənilir. O, 2012-ci il iyunun 23-dən avqustun 6-dək hökumətə başçılıq edib. Həmin il istefa verdikdən sonra ailəsi ilə birlikdə İordaniyaya sığınıb. Hicab Suriya müxalifət qüvvələri arasında ən yüksək vəzifəni daşıyıb. Suriya müxalifətinin lideri Hadi əl-Bəhrə deyib ki, hakimiyyət dəyişikliyindən sonra keçid dövrü 18 ay olacaq: “Suriya müxalifətinin rəhbərlik etdiyi idarəetmə orqanı yeni konstitusiyanın hazırlanması üçün altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü üçün nəzərdə tutulub”.Riyad Hicab 1966-cı ildə Suriyanın Deyr-əz Zorda sünni ailəsində anadan olub.
HƏMAS - “Hizbullah”- Əsəddən sonra zənciri kim tamamlayacaq? - ANALİZ


Hadi əl-Bəhrə və Riyad Fərid Hicab

Onun rəhbərlik etdiyi müxalifət koalisiyası daha da genişləndiriləcək və yeni konstitusiya ratifikasiya olunana qədər ölkəni keçid hökuməti idarə edəcək.

Hadi əl-Bəhr “Hədəf – bölünmüş deyil, vahid Suriyadır”, - deyə vurğulayıb. Müxalifət lideri hesab edir ki, “Heyati-Tarir-e-Şam“ın (HTŞ) ideologiyası və fəaliyyət metodunun da dəyişib. O, Bəşşar Əsədin Bəəs Partiyasını buraxmaq niyyətində olmadıqlarını, onun normal siyasi fəaliyyətə transformasiya etmək niyyətini qeyd edib: “Biz onları buraxsaq, onları təcrid etmiş olarıq. Təcrid edilsələr, ekstremistə çevriləcəklər”. O, Suriyanın daxili işinə Əsədin müttəfiqləri - Rusiya və İranın müdaxiləsinin məhdudlaşdırılacağını da bildirib.

Müxalifət liderinin çıxışından da göründüyü kimi, Suriyada yeni dövlət quruluşlarının yaranması mümkünsüzdür. Bu, qonşu dövlətləri, o cümlədən Türkiyəni qane etsə də, PKK qruplaşmasını və onun qollarını qane etməyəcək. Bu, Suriyada vəziyyətin yenidən qarışmasına səbəb ola bilər.

HƏMAS - “Hizbullah”- Əsəddən sonra zənciri kim tamamlayacaq? - ANALİZ


Oxşar hadisə vaxtı ilə İraqın da ərazisini təhdid edirdi. Ancaq şimalda özünü idarə etmə hökumətinin yaradılması ilə vəziyyətdən çıxış yolu tapılıb.

Hadi əl-Bəhrə 1959-cu il fevralın 13-də doğulub. ABŞ-da Uiçito Universitetində sənaye mühəndisi fakültəsini bitirib. 1983-1987-ci illərdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Erfan və Baqedo ümumi xəstəxanalarında icraçı direktor, 1987-2003-sü illərdə isə “Horizon of Commercial Development Co.” şirkətində baş direktor olub.

Bəziləri elə düşünürdü ki, Əsəd getsə Suriya lidersiz qalacaq. Ancaq hadisələr bu düşüncənin yanlış olduğunu təsdiqləyir. İctimaiyyət üçün “HTŞ sürprizi” olduğu kimi, bu ölkəni idarə edilməsi üçün də yeni liderlər var.

Suriya hadisələri Yaxın Şərqin siyasi mənzərəsini dəyişmək üçün regional və qlobal miqyasda yeni fürsətdir. Bu hadisələr İranın da dəyişməsi üçün stimul ola bilər. Çünki regionda sıxışdırılan daha çox onun maraqlarıdır. Yoxsa, HƏMAS-“Hizbullah”-Bəşşar Əsəd zəncirini o tamamlayacaq....(Report)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
“Haber Global”: Türkiyə-Suriya sərhədində qələbəlik yaşanır
backend
KİV: İsrail Ordusu Suriya ərazisinə daxil olub
backend
Suriyada “Ərəb baharı”nın davamı - Bəşşar Əsəd gedə bilər - ŞƏRH
backend
İŞİD-dən sonra Suriya - ABŞ, Rusiya və İranın PKK layihəsi - TƏHLİL
backend
Fransa Əsədin həbsinə order verdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 250

XƏBƏR LENTİ

“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi – 4:0 [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0820 Eyl
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0420 Eyl
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb – Şəxsiyyət məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3720 Eyl
Rusiyada ayı hücumu nəticəsində iki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5120 Eyl
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4820 Eyl
XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat: “Azərbaycanın dövlət suverenliyi əbədidir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4620 Eyl
20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğu gün [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4320 Eyl
Bilgəhdə iki nəfər dənizdə batıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3820 Eyl
Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3520 Eyl
Prezident İsgəndər Cavadovu fəxri diplomla təltif etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3220 Eyl
Bakıda bu küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1419 Eyl
Azərbaycanda antiterror tədbirlərinin başlanmasından 3 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1119 Eyl
Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0619 Eyl
MİQ müsabiqəsindən sonra 3 minə yaxın vakant müəllim yeri tutulmayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0219 Eyl
Sumqayıtda avtobus 4 yaşlı uşağı vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5819 Eyl
Yevlaxda ağır yol qəzası: Sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5419 Eyl
Əməkdar artist və tanınmış diktor Sevda Məmmədzadə vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5219 Eyl
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5019 Eyl
Bakıda daha iki küçədə avtobuslar üçün xüsusi zolaqlar yaradılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:4519 Eyl
Bakıda 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı oğlana 4 il həbs cəzası verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:4319 Eyl
AID Group-la bağlı şikayətlərin sayı artır: Şirkətə 2 min dollar ödəyən şəxs pulunu geri ala bilmədiyini deyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4518 Eyl
Azərbaycanın ilk sərhədçi generalı İsgəndər Allahverdiyev dəfn edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4318 Eyl
Lənkəranda 16 yaşlı yeniyetmə döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5718 Eyl
Eldəniz Səttarov – peşəsinə sədaqəti, şagirdlərə qayğısı ilə seçilən nümunəvi pedaqoq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0218 Eyl
Göygöl rayon Quşqara Bələdiyyəsinin sədri Ruslan Məmmədov – yerli idarəçilikdə məsuliyyətli və təşəbbüskar fəaliyyəti ilə seçilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5518 Eyl
18 sentyabr – Milli Musiqi Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4418 Eyl
Tramp: İranla müharibədə dönüş mərhələsinə yaxınlaşırıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4218 Eyl
Fərid Şahbazlı: TDT qarşısında yeni strateji mərhələ dayanır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3818 Eyl
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3318 Eyl
Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3018 Eyl
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda yeni hotel kompleksinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:1117 Eyl
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:0517 Eyl
İlham Əliyev TDT ölkələrinin təhlükəsizlik şuralarının rəhbərlərini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:0317 Eyl
Mircəlil Qasımlı – Kəlbəcərin etimadını doğruldan gənc deputat [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1717 Eyl
İsrafil müəllim – ekologiya sahəsində nümunəvi fəaliyyət və yüksək məsuliyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3917 Eyl
Azərbaycanda 22 mindən çox nikah, 11 mindən çox boşanma qeydə alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3717 Eyl
Lənkərandakı ağır qəzada ölənlərin və yaralının kimliyi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2817 Eyl
Yevlaxda 91 yaşlı qadın binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2717 Eyl
Azərbaycanın 2027-ci il müdafiə və təhlükəsizlik xərcləri açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2417 Eyl
Hikmət Hacıyev Ərəb Media Forumunda çıxış edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4717 Eyl
Badamdarda partlayış: Xəsarət alan şəxsin vəziyyəti ağırdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4417 Eyl
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5016 Eyl
Qaradağda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası açılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4716 Eyl
2026-2027-ci tədris ili üçün yeni dərs saatları təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4416 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə