• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

İŞİD-dən sonra Suriya - ABŞ, Rusiya və İranın PKK layihəsi - TƏHLİL [xfvalue_red]

31 May, 24 - 15:13

İŞİD-dən sonra Suriya - ABŞ, Rusiya və İranın PKK layihəsi - TƏHLİL


İŞİD Suriyada PKK terror qruplaşmasının istəklərinin reallaşmasına dəstək göstərib. Terrorçuların işğal etdiyi ərazilərə indi PKK-nın YPG-PYD adlı qolları “Suriya Demokratik Qüvvələri” (SDQ) adı altında nəzarət edir. On il əvvəl, 2014-cü ilin birinci yarısında İŞİD Suriyanın şimal və şimal-şərq bölgələrini ələ keçirmişdi. Neftlə zəngin bu bölgələr PKK/YPG-PYD silahlı qruplaşmalarının nəzarəti altındadır.

Bu torpaqlar İŞİD-in işğalı altında olanda həmin ərazilərdən Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi və dövlətçiliyi təhdid olunurdu. Onlar bölgədən qovulduqdan sonra ərazi PKK-nın yerli qollarının əlinə keçib. Bu terror qruplaşması Aralıq dənizinə çıxış əldə etməklə Türkiyə üçün təhlükə yaratmağı planlaşdırmışdı. Ancaq Türkiyənin apardığı antiterror əməliyyatları nəticəsində bu təhlükə azalıb. Bununla belə həmin qruplaşma anti-Türkiyə fəaliyyətini davam etdirir.
İŞİD-dən sonra Suriya - ABŞ, Rusiya və İranın PKK layihəsi - TƏHLİL

Suriya PKK terrorçu qruplaşmasının yuvalarındandır. Terrorçuların lideri sayılan Abdullah Ocalan orada sığınacaq tapmışdı. 1998-ci il oktyabrın 9-da Suriyadan çıxarılmış, beş ay sonra Keniyada həbs olunmuşdu.

Bu, Suriyadakı hakimiyyətin terrorçu PKK-dan Türkiyəyə qarşı istifadə etdiyi qənaətinə gəlməyə əsas verir. Son zamanların olayları İŞİD-in PKK/YPG-PYD-ə üçün yol açdığını ehtimal etməyə əsas verir.

Bu qruplaşma Suriyanın şimalında “dövlət” qurmağa çalışır. O, Fərat çayının şərqində “yerli seçkilər keçirməyə” cəhdlə “muxtar bölgə” qurmağa çalışır. “Seçkilər” mayın 30-da keçirilməli idi, ancaq bu “tədbir” iyunun 11-dək ertələnib.

PKK Suriyanın Menbiç, Afrin, Tel-Rifat, Rakka-Tabak, Deriyzor, Hasake, Kamışlı, Ay İsa, Çelebiye, Cerablus bölgələrini “muxtar” ərazisi elan etmək istəyir. Qərbin dəstəyi ilə YPG-PYD bu ərazilərə altı ildir nəzarət edir.

Qərbin 12 ölkəsi terrorçuların işğalı altında olan ərazilərdə “seçkilərin” keçirilməsinə hərtərəfli dəstək verir. Qərbdən arxayın olan PKK terror qruplaşması Rusiyanın dəstəyinə böyük əhəmiyyət verir. Bunun üçün Moskva ilə isti təmas yolları axtarır. Məlumatlara əsasən, terrorçuları təmsil edən nümayəndə heyəti Rusiya təmsilçiləri ilə görüşmək üçün Kamışlıdan onların Suriyanın Himeymim şəhərindəki bazasına gedib. Onların Bəşşar Əsədin nümayəndələri ilə görüş keçirməsi nəzərdə tutulub. Terrorçuların qərblilərin çəkdiyi xəritənin Rusiya və Əsəd administrasiyasının təsdiq etməsinə çalışdıqları bildirilib. PKK-nın muxtariyyətin elanı mənasına gələn qondarma seçkini iyunun 11-də keçirdiyi halda, Suriyadakı Əsəd rejimi iyulun 15-də parlament seçkiləri keçirəcək. Bəzi mənbələr bildirir ki, PKK ilə Əsəd arasında gizli qapılar arxasında danışıqlar davam edir, gizli ittifaq qurulur.
İŞİD-dən sonra Suriya - ABŞ, Rusiya və İranın PKK layihəsi - TƏHLİL

Rusiya, İran və Bəşşar Əsəd arasında bu istiqamətdə müzakirələrin olması ehtimalı var. Çünki rəsmi Moskva Suriyanın federallaşmasına bir zamanlar razılıq vermişdi. Hətta, o, əvvəlcə Suriyanın parçalanması planına belə razılıq verirdi. Ancaq sonra baş verənlərə görə bundan imtina etdi. Kreml Suriyadakı siyasi qüvvələr adından yeni konstitusiyanın və siyasi prosesin tənzimlənməsinə də bir zamanlar ev sahibliyi etmişdi. Onu da nəzərə almaq lazımdır ki, Kreml PKK-nı terrorçu qruplaşma kimi tanımır. Bundan başqa onun PYD adlı qoluna Sankt-Peterburqda qərargah belə vermişdi. Nəzərə alsaq ki, PKK keçmiş SSRİ tərəfindən Türkiyəyə qarşı yaradılıb, onda Suriyada bu qruplaşmanın istəklərinə onun razılıq verməsinin mümkünlüyünü qəbul etmək olar.

Yeri gəlmişkən, mövcud əsas qanunun birinci maddəsinə görə, dövlətin adı “Suriya Ərəb Respublikası” adlanır. 2017-ci ildə Rusiyanın təqdim etdiyi konstitusiya layihəsində bunun “Suriya Respublikası” adına dəyişdirilməsi təklif olunur.

Məlumata görə, layihədə ölkənin ərazi bütövlüyü qorunub saxlanılsa da, kürdlərə “muxtariyyət” verilməsi təklif edilmişdi. Ölkənin mövcud konstitusiyasında “Suriyanın prezidenti müsəlman olmalıdır” maddəsi layihədə aradan qaldırılmışdı.

Layihədə ərəb olmayan bölgə əhalisinin öz dilini seçmə haqqı tanınır. Bu, Suriyadakı kürdlərə “muxtariyyətdə” kürdcənin rəsmi dil elan etməsinə yol açır.

Mayın 30-da İranın ali rəhbəri Seyid Əli Xamənei Suriyadakı rejimin başçısı Bəşşar Əsədi qəbul edib. Görüşdə Qəzza zolağındakı, regiondakı vəziyyətlə yanaşı, bəhs etdiyimiz “seçkilərlə” bağlı məsələnin də müzakirə olunduğunu ehtimal etmək olar. Çünki bu məsələ həm də İranın gələcək ərazisi baxımından da əhəmiyyətlidir. PKK-nın İranda fəaliyyət göstərən qolları ara-sıra İraqdan İslam Respublikası ərazisinə silahlı basqınlar edir. Ötən il Tehran rəsmi Bağdadı və ölkənin şimalındakı regional hökumətə ərazini bombalayacağına dair xəbərdarlıq etmişdi. Tərəflər arasında keçirilən danışıqlardan sonra bu istiqamətdə müəyyən sakitlik yaranıb. Bununla belə Suriya ilə bağlı məsələ gündəlikdən çıxmayıb. Bu ərəb respublikasında kürd etnik qrupu üçün daha bir “muxtar” qurumun yaradılmasına Tehran göz yuma bilər. Ancaq onlar bu istiqamətdə bir neçə şərt irəli sürə bilər: ABŞ və onun müttəfiqləri İranda hakimiyyət dəyişikliyinə yardım etməsin; İsrail-Fələstin münasibətlərində Tehranın da istəkləri nəzərə alınsın; İranın federallamasına və PKK-nın İran ərazisində fəaliyyətinə yol verilməsin və s.
İŞİD-dən sonra Suriya - ABŞ, Rusiya və İranın PKK layihəsi - TƏHLİL

İndiki şəraitdə Suriyanın federallaşması İrana vaxt udmaq üçün kömək ola bilər. Bundan başqa son zamanlar Türkiyənin hərbi rəsmləri İranı PKK terrorçularına qarşı mübarizədə zəif fəaliyyət göstərdiyini bildirirlər. Bu da terror qruplaşması ilə Tehran arasında müəyyən əlaqələrin olduğu ehtimalı irəli sürməyə imkan verir.

Suriyada kürd etnik qrupuna “muxtariyyətin” yaradılmasına Türkiyə həssaslıqla yanaşır. Rəsmi Ankara ABŞ və müttəfiqlərinə dəfələrlə PKK/YPG-PYD terror qruplaşmasını silahlandırmamağa çağırıb. ABŞ Türkiyə ilə sərhəddə “kiçik İsrail” yaratmaq siyasəti yürüdür, bunun üçün Suriyada Kürdüstan Fəhlə Partiyasından (PKK) istifadə edir.
İŞİD-dən sonra Suriya - ABŞ, Rusiya və İranın PKK layihəsi - TƏHLİL

Türkiyədə çıxan “Hürriyet” qəzeti vəziyyəti belə şərh edib: “Dünya Qəzza zolağında, Ukraynada məşğul olduğu bir vaxtda ABŞ sərhədimizdə “kiçik İsrail”in təməlini qoyur. PKK iyunun 11-də bölgədə yerli seçkilər keçirəcək”.

Qəzetin yazdığına görə, ABŞ diplomatı Brett Makqurk “PKK-nın himayədarıdır”.

Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Suriyada yeni dövlət quruluşunun yaranmasına yol verməyəcəklər.

Ölkənin Milli Təhlükəsizlik Şurasının mayın 29-da keçirilən toplantısında məsələ ilə bağlı belə bir qərar qəbul olunub: “İraq və Suriyada ələ keçirdiyi torpaqları terror yuvasına çevirən PKK/KCK-PYD/YPG-nin və ona verilən dəstəyin bölgəmizdə bütün ünsürləri ilə birlikdə aradan qaldırılacağı vurğulanıb. Milli təhlükəsizliyimizi və qonşularımızın ərazi bütövlüyünü pozacaq hər hansı bir uğursuzluğa imkan verilməyəcək”.

İraqın şimalında yaradılan regional idarəçiliyə oxşar bir qurumun Suriyanın quzeyində də yaratmağı planlaşdırırlar. Bu, ilkin mərhələ sayılır. Növbəti mərhələ isə bu iki şimalın bir dövlət kimi birləşməsidir. Daha bir neçə mərhələnin olacağı da istisna edilmir.

Bəşşar Əsəd ölkəsinin əvvəl federallaşamasına sonra parçalanmasına razılıq verəcək? Belə çıxır bu məsələdə razılıq var. Əvvəllər Suriya müxalifəti, Əsəd nümayəndələrinin görüşü keçirilərdi. Habelə Astana formatı bu ölkədə baş verənləri müzakirə edərdi. Hətta, Suriyanın yeni konstitusiyasının hazırlanmasına dair danışıqlar belə olub. Ancaq son illər sanki bütün bu istiqamətdə fəaliyyət dayandırılıb. Bu, sponsorların ölkə üzrə yeni planının olduğunu mülahizə etməyə əsas verir.
İŞİD-dən sonra Suriya - ABŞ, Rusiya və İranın PKK layihəsi - TƏHLİL

Beləliklə, sual yaranır - PKK/YPG-PYD yerli seçkiləri hansı qanuna əsasən keçirəcək? Qruplaşmanın nəzarəti altında olan bölgədə Suriya konstitusiyası fəaliyyət göstərmir. Belə şəraitdə yerli seçkilər legitim sayılmır. Başqa bir tərəfdən ölkədə istənilən yeni ərazi-idarəetmə formasının yaradılması isə referendumla həyata keçirilir. Suriyanın mövcud əsas qanununda ölkənin federallaşması məsələsi yoxdur. Beş milyon suriyalı ölkə xaricində didərgin vəziyyətində yaşayır. Başqa sözlə dörd milyon seçici səsvermə kimi başlıca hüquqlarının birindən məhrum olunub. Bu da Suriyada seçkilərin legitimliyinin tanınması üçün əsas amillərdəndir.

Səddam Hüseyn devrildikdən sonra 2005-ci ildə İraqda qəbul edilən yeni konstitusiyada kürdlərə regional idarəetmə hüququ verilib. Bölgənin məclisi və başqa qurumları var. Hətta “peşmərgə” adlanan silahlı qruplaşması belə mövcuddur. Bu muxtar sayılsa da İraq dövləti içində formal asılı, de-fakto müstəqil dövlətdir. 2017-ci ildə onlar müstəqilliklə bağlı referendum keçirməyə cəhd göstərdi. Onda rəsmi Bağdad bildirmişdi ki, belə bir addım atılarsa İraq ordusu məsələyə müdaxilə edəcək. Türkiyə və İranın təzyiqləri nəticəsində kürd qruplaşmasının liderləri bu iddiadan əl çəkdilər. Görünür, onlar bu dəfə hədəfə “mərhələli” çatmaq planı təklif olunub. Odur ki, PKK/YPG-PYD-nin havadarları qanundankənar olaraq Suriyada muxtariyyət yaratmağa səyi göstərsə Bəşşar Əsəd belə bir addım atar? Belə ehtimal etmək olar ki, o, ənənəvi olaraq yenə Rusiya və İranın barmaqlarına baxacaq. Yaxın Şərqdə fəallaşmaq istəyən Çin məsələyə necə baxacaq? Bütün hallarda Suriyada İŞİD-dən sonra “SDQ planı” reallaşdırılır. PKK-nın layihəsini həyata keçirməyə çalışırlar. Bunu ABŞ-Rusiya-İran və PKK-nın birgə layihəsi də adlandırmaq olar.(Report)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
backend
İŞİD liderinin ölümü təsdiqləndi
backend
İŞİD-in Türkiyə valisi yaxalandı - FOTO
backend
DTX-dan əməliyyat: İŞİD-in mühasibi saxlanıldı
backend
İstanbulda partlayış törətmək istəyən İŞİD üzvləri saxlanıldı
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 038

XƏBƏR LENTİ

Şavkat Mirziyoyev Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
05:0917 Haz
LEYLA ƏLİYEVA BONNDA UNFCCC-NİN İCRAÇI KATİBİ İLƏ GÖRÜŞÜB [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
04:5617 Haz
Magistratura üzrə qəbul imtahanının yekun nəticələri elan edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0416 Haz
Elnur İbrahimov – Təhsilə xidmət edən nümunəvi rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4716 Haz
Azərbaycanda Məhərrəm ayı başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4316 Haz
Prezident İlham Əliyev Müqəddəs Taxt-Tac rəsmisini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2216 Haz
Tramp dünya çempionatının kubokunu təqdim edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0616 Haz
Rafa Mir 8.5 il həbs cəzasına məhkum edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0016 Haz
Qadın sağlamlığının keşiyində dayanan peşəkar həkim – Peykam Nehralıyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4916 Haz
İnsan sağlamlığını fəaliyyətinin əsas məqsədinə çevirən rəhbər – Vidadi Rəhimov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4616 Haz
Ahu Estetik Klinikası – Peşəkarlığın və etimadın ünvanı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4116 Haz
Rəsulov Rəsul Rəşid oğlu – Peşəkarlığı və məsuliyyəti ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3416 Haz
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: İCBARİ AVTOSIĞORTADA YENİ QAYDALAR QÜVVƏYƏ MİNİR [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:1015 Haz
TOVUZDA KANALDAN KİŞİ MEYİTİ TAPILDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5915 Haz
BAŞI DƏMİR BARMAQLIQLAR ARASINDA SIXILAN UŞAQ XİLAS EDİLDİ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5415 Haz
PAKİSTANDA TƏLİM TƏYYARƏSİ QƏZAYA UĞRADI: İKİ PİLOT HƏLAK OLDU [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:4515 Haz
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri gözlənilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5215 Haz
Şuşa Bəyannaməsindən 5 il ötür: Azərbaycan-Türkiyə müttəfiqliyinin tarixi sənədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4815 Haz
Heydər Əliyev Azərbaycanı hansı təhlükələrdən xilas etdi? – Türkiyədən baxış [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4315 Haz
Milli Qurtuluş Günü: [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3615 Haz
105 saylı uşaq bağçası-körpələr evində nümunəvi idarəçilik: Valideynlər Arzu Talıbovanın fəaliyyətini yüksək qiymətləndirirlər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0915 Haz
Valideynlərdən 230 saylı bağçanın müdiri Şəhla İbrahimovaya təşəkkür: “Uşaqların gələcəyi üçün məsuliyyətli fəaliyyət göstərir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0215 Haz
SON DƏQİQƏ: ABŞ və İran arasında razılaşma əldə olunduğu açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
01:4815 Haz
Azərbaycanın qadın 3x3 basketbol millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:2714 Haz
Quba rayon Mənzil Təsərrüfatı İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı sakinlərdən ciddi iradlar: Xidmət keyfiyyəti sual doğurur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:5314 Haz
Valideynlərdən Quba rayon Vladimirovka kənd tam orta məktəbinin direktoru ilə bağlı iradlar: “Tədrisin keyfiyyəti bizi narahat edir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:2214 Haz
Bu gün Ümumdünya Qan Donoru Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4814 Haz
Naxçıvana uçuşlar ləğv edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3514 Haz
Avstraliya - Türkiyə matçının ən yaxşı oyunçusu müəyyənləşdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3114 Haz
Zərifə xanım – xeyirxahlığı və mənəviyyatı ilə seçilən nümunəvi şəxs [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1814 Haz
Ağdamda mağazaya ildırım düşüb, yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1914 Haz
Hidayət Orucov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4414 Haz
Ağdamda qəbir qazılarkən döyüş sursatı aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3914 Haz
Bakıda bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3614 Haz
İrandan PUA ilə Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:1513 Haz
Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:1013 Haz
ABŞ İranın dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılmasına razılıq verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0013 Haz
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1313 Haz
Qaziantepdə zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0913 Haz
116 min gəncin həyatında dönüş nöqtəsi: “Son zəng” çalınır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5913 Haz
Türkiyədə qanunsuz mərc əməliyyatı: 116 şübhəli saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3413 Haz
Vətəndaşların elektron müraciətlərinin cavablandırılması ilə bağlı yeni imkan yaradılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3013 Haz
Qusar rayonunda çaya düşən azyaşlı polis əməkdaşının müdaxiləsi ilə xilas edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2113 Haz
Tramp: ABŞ-İran sazişinin iyunun 14-də imzalanması planlaşdırılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3213 Haz
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə