
ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddətində administrasiya tərəfindən xarici vətəndaşların 175 mindən çox vizası ləğv edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvarından etibarən ABŞ Dövlət Departamenti ölkədə qalma şərtlərini pozan, hüquqpozmalar törədən, ABŞ vətəndaşlarına qarşı zorakılığa çağırışlar edən, amerikalılara qarşı dələduzluqda iştirak edən, immiqrasiya sistemindən sui-istifadə edən və ya milli təhlükəsizlik üçün təhdid yaradan xarici vətəndaşların 175 mindən çox vizasını ləğv edib.
Qeyd edək ki, Donald Tramp 2025-ci ilin yanvarında ABŞ-nin 47-ci prezidenti kimi and içib.
Tramp prezidentliyi dövründə əvvəlki administrasiyanın fəaliyyəti zamanı ölkəyə təxminən 25 milyon şəxsin qanunsuz daxil olduğunu dəfələrlə iddia edib.
Ağ Ev rəhbəri ABŞ-nin immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu da dəfələrlə bəyan edib.





