
Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Qanuntv.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi Bakı təmsilçisi Danimarkanın “Orhus” klubunu qəbul edəcək.
“Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Görüşü fransalı baş hakim Villi Delajo idarə edəcək. Ona yan xətt hakimləri kimi həmvətənləri Ervan Finjean və Valentin Evrar kömək edəcəklər. Erik Vattelyer dördüncü hakim, Bastien Deşepi VAR hakimi, Nikolya Rainvill isə AVAR hakimi olacaq.
Komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşmada “Orhus” 2:1 hesablı qələbə qazanıb. Bu səbəbdən “Sabah” növbəti mərhələyə yüksəlmək üçün doğma meydanda ən azı iki top fərqi ilə qələbə qazanmalıdır.
Azərbaycan çempionu turnirin əvvəlki təsnifat mərhələlərində Uelsin “TNS” və Finlandiyanın “KuPS” klublarını mübarizədən kənarlaşdıraraq III təsnifat mərhələsinə yüksəlib.
“Bayquşlar” “Orhus” səddini keçəcəyi təqdirdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” və Serbiyanın “Srvena Zvezda” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.





