
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gələcəkdə ABŞ ərazisi elan ediləcəyini bildirib.
Qanuntv.az xəbər verir ki, Tramp bu barədə Nyu-York ştatında çıxışı zamanı danışıb.
ABŞ Prezidenti bildirib ki, belə bir qərar İranın tamamilə məğlub edilməsindən sonra veriləcək. Trampın sözlərinə görə, bu prosesin yaxın vaxtlarda baş verəcəyini düşünür.
“İranı tamamilə məğlub etdikdən sonra, bu, kifayət qədər tez baş verəcək, Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Hörmüz boğazı Yaxın Şərqdə strateji əhəmiyyət daşıyan əsas dəniz yollarından biridir və bölgədə ABŞ-İran qarşıdurması fonunda onun statusu və gəmiçilik təhlükəsizliyi ilə bağlı gərginlik davam edir.
ABŞ Prezidentinin bu açıqlamasından sonra İran tərəfi də bəyanatla çıxış edərək Hörmüz boğazı üzərində suverenlik iddialarını rədd edib.
Qanuntv.az





