
ABŞ Prezidenti Donald Tramp vəzifə müddəti başa çatana qədər Atlantik və ya Sakit okeanın adını dəyişmək ideyasını nəzərdən keçirdiyini bildirib.
Qanuntv.az xəbər verir ki, Tramp bu barədə Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
ABŞ lideri okeanlardan birinin “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandırılması ehtimalını dilə gətirib. O, bu dəyişikliyi prezidentlik müddəti başa çatmamış həyata keçirmək istədiyini qeyd edib.
Tramp çıxışında Missisipi çayının adını dəyişmək niyyətində olmadığını da vurğulayıb. O, həmçinin Hörmüz boğazının “Tramp boğazı” adlandırılması ideyasını yenidən gündəmə gətirib.
Qeyd edək ki, okeanların və beynəlxalq coğrafi obyektlərin adlarının dəyişdirilməsi beynəlxalq coğrafi adlandırma və müvafiq dövlətlərin səlahiyyətləri ilə bağlı məsələləri əhatə edir. Trampın səsləndirdiyi fikirlərin konkret qərara çevrilib-çevrilməyəcəyi hələ məlum deyil.





