
Gəncədə tanınan müğənni Daşqın Eldarlı əməliyyatdan sonra dünyasını dəyişib.
Qanuntv.az xəbər verir ki, 1967-ci il təvəllüdlü sənətçi ötən gün şəhərdəki özəl klinikalardan birində əməliyyat olunub. İlkin məlumata görə, onun bir müddət əvvəl ürəyində problem yaranıb.
Qeyd edək ki, Daşqın Eldarlı Gəncə şəhərində və ətraf bölgələrdə ifaçılığı ilə tanınıb. Onun vəfatı sənətsevərlər üçün kədərli xəbər olub.
Allah rəhmət eləsin!





