
Abşeron rayonunun Masazır kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən iki gəncin kimliyi məlum olub.
Hadisə Masazır-Novxanı avtomobil yolunda qeydə alınıb. Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi “KIA Rio” markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər həlak olub.
Qəza zamanı 2005-ci il təvəllüdlü Allahverən Rasim oğlu Məlikov və 2007-ci il təvəllüdlü Fərid Zamin oğlu Yusifzadə həyatlarını itiriblər.
Hadisə iki gəncin faciəli ölümü ilə nəticələnib. Qəzanın başvermə şəraiti və səbəbləri ilə bağlı ətraflı məlumat verilməyib.





