
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışında Azərbaycan millisi mübarizəni dayandırıb.
Yarışın 1/8 final mərhələsində Yaponiya yığması ilə qarşılaşan komandamız rəqibinə 1:4 hesabı ilə məğlub olub. Bununla da Azərbaycan millisi turnirdə çıxışını başa vurub.
Güclü rəqiblərin mübarizə apardığı dünya çempionatında qarışıq komanda yarışları cüdoçuların həm fərdi ustalığını, həm də komanda ruhunu nümayiş etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır.





