
Ağdam rayonunda açıq ərazidə yanğın hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, yanğın rayonun Mərzili kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.
İlkin məlumata əsasən, yanğının minadan təmizlənməmiş əraziləri də əhatə etdiyi bildirilir. Bu səbəbdən ərazidə yanğının söndürülməsi ilə bağlı işlərin xüsusi ehtiyat tədbirləri görülməklə həyata keçirildiyi qeyd olunur.
Hazırda yanğının söndürülməsi və alovun daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin səbəbləri və yanğının əhatə etdiyi ərazi barədə əlavə məlumatın veriləcəyi gözlənilir.
Qanuntv.az





