
Ağdam rayonunda açıq ərazidə yanğın hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, küləkli hava şəraiti səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılıb. Hazırda yanğının 10 hektardan çox sahəni əhatə etdiyi bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və xüsusi təyinatlı yanğınsöndürmə texnikaları cəlb olunub. Hazırda yanğının söndürülməsi, alovun yaşayış məntəqələrinə və digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi ilə bağlı araşdırma aparılır.





