
Astara rayonunda ölümə səbəb olan bədbəxt hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək məqsədilə ağaca çıxıb. Bu zaman ehtiyatsızlıq nəticəsində müvazinətini itirərək yerə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun xəstəxanaya gətirilməzdən əvvəl həyatını itirdiyi müəyyənləşdirilib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





