
Ucar rayonunda iki yük avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib.
Qanuntv.az xəbər verir ki, ağır yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində baş verib.
Məlumata görə, “KamAZ” və “Ford” markalı yük avtomobilləri toqquşub. Güclü toqquşma nəticəsində iki nəfər hadisə yerində ölüb.
Hadisə barədə məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunublar. Xilasedicilər avtomobillərdə sıxılmış vəziyyətdə qalan ölən şəxslərin meyitlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.





