
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində faciəli hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hovuzda uşağın ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb.
Hadisə ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-dən verilən məlumata görə, hovuzda ayağı su nasosunda sıxılan 2022-ci il təvəllüdlü Akif Cavid oğlu Abdullayevin xilas edilməsi üçün əməliyyat keçirilib.
Xilasedicilər və təcili tibbi yardım briqadası tərəfindən operativ tədbirlər, o cümlədən reanimatoloji müdaxilələr həyata keçirilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qanuntv.az





