
“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir komandadan ayrılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Bildirilir ki, Zubir ötən gün “Qarabağ”ın düşərgəsini tərk edib və Qətərə yollanıb.
Məlumata görə, 34 yaşlı futbolçu Qətərin “Əş-Şahaniya” klubu ilə müqavilə imzalayacaq. Zubir əvvəlcə tibbi müayinədən keçəcək. Yoxlamaların nəticəsindən sonra transferin rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, uzun illər ərzində komandanın əsas və təcrübəli futbolçularından biri olub.





