
Prezident İlham Əliyev Azərbaycanın Asiya ilə Avropa arasında nəqliyyat və bağlantılar sahəsində rolundan danışıb.
QanunTV.az xəbər verir ki, dövlət başçısı bu fikirləri Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatı zamanı səsləndirib.
Prezident bildirib ki, Cənub-Şərqi Asiya Azərbaycan üçün maraq doğuran və xarici siyasətin prioritet istiqamətlərindən biri olan mühüm regiondur.
İlham Əliyev qeyd edib ki, coğrafi mövqeyinə görə Asiya ilə Avropa arasında yerləşən Azərbaycan beynəlxalq bağlantıların inkişafında öz rolunu oynayır.
Dövlət başçısının bəyanatı Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrə verdiyi əhəmiyyəti və iki qitə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsində iştirakını bir daha gündəmə gətirib.





