
Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə avqustun 6-da Beyləqan ərazisindən keçən kanallardan birində baş verib.
Gəncin kanalda batması ilə bağlı axtarış-xilasetmə işləri aparılıb və nəticədə onun meyiti aşkar edilərək sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.





