
Ağstafa rayonunda bıçaqlanma ilə nəticələnən hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən geyim mağazalarından birində qeydə alınıb.
İlkin məlumata görə, mağaza sahiblərindən biri ilə müştəri arasında mübahisə yaranıb. Mübahisənin qısa zamanda böyüməsi nəticəsində mağaza sahibi Rəşad Hacıyev 1991-ci il təvəllüdlü Babək Hüseynova bıçaqla xəsarət yetirib.
Bildirilib ki, zərbə Babək Hüseynovun ürək nahiyəsinə dəyib. Yaralı hadisə yerindən təcili tibbi yardım vasitəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onun vəziyyəti ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.





