
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib.
Qanuntv.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Prezident İlham Əliyev təbrik məktubunda Sinqapur Prezidentinə və onun simasında bütün Sinqapur xalqına Azərbaycan xalqı adından səmimi təbriklərini çatdırıb.
Dövlət başçısı təbrikində Sinqapur Prezidentinə möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Sinqapur xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.





