• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Dini konfessiya rəhbərlərindən Prezidentə məktub [xfvalue_red]

16 Ekm, 23 - 15:51

Dini konfessiya rəhbərlərindən Prezidentə məktub

Dini konfessiya rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubun mətnini təqdim edirik:

"Möhtərəm cənab Prezident!

Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Zati-alilərinizi - dünya şöhrətli qalib siyasi lideri Azərbaycanın suverenliyinin bərpası münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə uca fəaliyyətinizə Ulu Yaradandan uğurlar diləyirik.

Möhtərəm cənab Prezident! Siz Vətən müharibəsindəki Zəfərin qüruru ilə yaşayan Azərbaycan xalqına 2023-cü ilin 15 oktyabrında daha bir özəl, tarixi əhəmiyyətli, möhtəşəm gün yaşatdınız. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixi səhifələrinə möhtəşəm Zəfər günü ilə həkk etmiş şəxsiyyət olaraq Zati-aliləriniz Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu təsbit etdiniz. Tarixi ədalətin bərpası - əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirdiyi kimi, 15 oktyabr Xankəndi zəfəri millət olaraq ləyaqət və şərəfimizin bərpasını əyan etdi.

Möhtərəm cənab Prezident! Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini - Ata vəsiyyətini yerinə yetirmiş Zati-alilərinizin Azərbaycan cəmiyyətinə bəxş etdiyi bu təntənəli tarixi günə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır. Siz Uca Allahın köməyi ilə, Azərbaycan xalqının dəstək və həmrəyliyi, sonsuz məhəbbət və dərin etimadını haqq etmisiniz və bu, Ulu Tanrının Lütfüdür. Şuşa və Xankəndinin Azərbaycanlılar üçün müqəddəs dəyərini, yaralı Xocalı yaddaşını, Ağdərə, Xocavənd, Əsgəran nisgilini qəlbində saxlayan, Qarabağda separatizm yuvasını ləğv edib qalib Azərbaycanın üçrəngli bayrağını yüksəldən Müzəffər Ali Baş Komandanımızı Uca Yaradan hər zaman hifz etsin! «Qarabağ Azərbaycandır» ideyası ətrafında səfərbər olan Azərbaycan xalqının müzəffər sərkərdəsi, Qarabağın, Şuşanın fatehi olan Cənabınız Xankəndi üzərində Azərbaycan bayrağını ucaltmaqla nəyi, necə və nə vaxt etməyi ən gözəl bilən siyasi lider olaraq böyük missiya yerinə yetirərək, xalqımızın ən ülvi arzularını gerçəkləşdirib öz adınızı tarixin salnamələrinə həkk etdiniz!

Möhtərəm cənab Prezident! Xoş fürsətdən istifadə edərək, Azərbaycanda siyasi hakimiyyətə gəlişinizin 20-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dövlətimizə və xalqımıza bəxş etdiyiniz uğurlu inkişaf yolu və tarixi nailiyyətlərə görə səmimi minnətdarlığımızı ifadə edirik. Həqiqətən, bizlərə Sizin timsalınızda müdrik lider qismət olmuşdur. Bütün həyatını Azərbaycana həsr etmiş, anadan olmasının 100-cü ildönümü tamam olan Ulu Öndərin bütün fəaliyyət və əməlləri kimi, ailə ocağında yetişmiş övlad da Azərbaycan xalqının səadətinə xidmət etməkdədir.

Möhtərəm cənab Prezident! Fərəhverici haldır ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimiz dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlılar ilə vəhdətdə Azərbaycan dövlətinin qüdrətini sarsılmaz etmişdir. Dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları dövlətin diqqət və qayğısını eyni dərəcədə hiss edirlər.

Biz fəxr edirik ki, Azərbaycan xalqının böyük oğlu, müdrik və qətiyyətli dövlət rəhbərimiz Zati-aliləri İlham Əliyev cənablarının iradə və qətiyyəti ilə azad Qarabağda məscidlərin minarələrindən Azan səsi ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Zati-alilərinizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin hamisi olduğuna, məscidlərlə yanaşı xristian və yəhudi dini abidələrinə Azərbaycanda ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir. Bütün bunlar Azərbaycanın dünyadakı tolerant imicinin, ali dəyərlər ölkəsi, mədəniyyətlər, sivilizasiyalar, dinlər arası dialoq prosesində aparıcı mərkəzlərindən olmasını bir daha təsdiq edir. Möhtərəm cənab Prezident, Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanının Lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alilərinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər.

Möhtərəm cənab Prezident! Ölkə dindarlarının adından Sizə və gözəl ailənizə can sağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik! Qoy bu zəfər abı-havalı tarixi günlər dövlətimizin və xalqımızın regionda və dünyada yeni nailiyyət və uğurlarına vəsilə olsun! O Bir Yaradanımız hər zaman yardımçınız olsun, öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!".

Təbrik məktubunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıb.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Roma Papası İlham Əliyevə təbrik ÜNVANLADI
backend
Rəisi İlham Əliyevə təbrik məktubu ünvanlayıb
backend
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları - YENİLƏNİR
backend
Sahibə Qafarova: “İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir”
backend
Əli İnsanovdan İlham Əliyevə məktub: Bunu borc bilirəm!
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 276

XƏBƏR LENTİ

Millimiz üçün ilk sınaq: Azərbaycan Litva ilə üz-üzə [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4727 Eyl
Azərbaycanda Anım Günü qeyd olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4527 Eyl
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4027 Eyl
Sağlam təbəssümün arxasında dayanan peşəkarlıq – Kamran həkimin stomatoloji fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5327 Eyl
Mübariz Əhmədzadə – Zaqatalanın inkişafına xidmət edən idarəçilik [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4026 Eyl
Mingəçevir Sənaye Parkında yeni istehsal müəssisəsinin təməli qoyulub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3226 Eyl
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sənədlər mübadilə edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0626 Eyl
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0126 Eyl
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5726 Eyl
“Mançester Siti” Premyer Liqadan kənarlaşdırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5326 Eyl
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4826 Eyl
Bakı metrosunda sərnişin relslərə düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4426 Eyl
İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4026 Eyl
Xidməti vəzifələrində fərqlənən hərbi qulluqçular təltif ediliblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3626 Eyl
Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3326 Eyl
Fariz həkim – peşəkarlığı və tibbi fəaliyyətə məsuliyyətli yanaşması ilə seçilən mütəxəssis [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3925 Eyl
Xəzər dənizində qazax hərbçilərin ölümü ilə bağlı şübhəli şəxslər müəyyənləşdirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2125 Eyl
Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1825 Eyl
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1525 Eyl
Azərbaycanda həkimlərin sayı azalıb: Ən çox hansı mütəxəssislər çatışmır? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1325 Eyl
Qazaxıstanda ümummilli matəm günü elan edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1125 Eyl
2027-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0925 Eyl
Bakıda övladlarına aliment verməyən kişi həbs olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0625 Eyl
Qusarda meşəlik ərazidə qadın meyiti aşkarlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5225 Eyl
Şəhid qızı Azərbaycan çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4925 Eyl
Rübayil müəllim – peşəkar idarəçilik və yüksək xidmət mədəniyyəti ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4625 Eyl
Laçında dağlıq ərazidə yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1124 Eyl
Azərbaycan və Dominikan Respublikası arasında viza rejimi ləğv edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0624 Eyl
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0224 Eyl
Leyla Əliyeva XIX əsrə aid Azərbaycan geyimində paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5824 Eyl
Naxçıvanda yeni doğulan nəvəsini öldürən qadına hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5524 Eyl
Rusiyada azərbaycanlı dron hücumunda həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5024 Eyl
Hava limanında tapdığı 20 min dolları mənimsəyən şəxsə hökm oxundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4624 Eyl
İlham Əliyevdən “AzerGold”la bağlı SƏRƏNCAM [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4224 Eyl
“Türkiyə təcrübəsini Azərbaycan sevgisi ilə birləşdiririk” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1224 Eyl
Qəfər Quliyev – Vətənə sədaqəti və peşə məsuliyyəti ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1124 Eyl
İlham Əliyev İsveçin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4523 Eyl
İlham Əliyev Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4323 Eyl
Azərbaycanda yeni zavodlar tikiləcək – Daşkəsəndə dəmir filizi istehsalı genişləndiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4023 Eyl
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3423 Eyl
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3023 Eyl
Lənkəranda evdən 75 500 manat oğurlayan şəxslər saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2823 Eyl
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb – Şübhəli şəxs həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2523 Eyl
Savaş Doğru – Sahibkarlıq fəaliyyəti, təşəbbüskarlıq ruhu və işgüzar nüfuzu ilə seçilən şəxsiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2123 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə