
Bakıda məscidlərdən birində yanğın hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Köhnə Günəşli qəsəbəsində yerləşən Mirtağı məscidində qeydə alınıb.
Məlumata görə, yanğınla bağlı əraziyə dərhal aidiyyəti dövlət qurumlarının əməkdaşları və yanğınsöndürmə qüvvələri cəlb olunub.
Hazırda alovun söndürülməsi və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.





