
Azərbaycanda xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Qanuntv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin Abdullazadə saxlanılıblar.
DİN-in yaydığı məlumata görə, saxlanılan şəxslər müxtəlif xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə şübhəli bilinirlər.
Hazırda faktla bağlı araşdırma aparılır. Saxlanılan şəxslərin törədilməsi ehtimal olunan əməllərlə bağlı digər halların müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.





