
Abşeron rayonu, Məmmədli kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in qüvvələri cəlb olunub. Operativ müdaxilə nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar və yanğının başvermə səbəbi barədə əlavə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.





