
Göyçayda narkotik vasitələrin onlayn satışı ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Qanuntv.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkum olunmuş Baba Babayev və Elgün İsgəndərli tutulublar.
Araşdırma zamanı saxlanılan şəxslərin üzərindən heroin və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Baba Babayev və Elgün İsgəndərli barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-profilaktik tədbirlərin davam etdirildiyini bildirib.





