
Bakı Mühəndislik Universitetinin tələbəsi Niyaz Pirməmmədov faciəvi şəkildə həyatını itirib.
Qanuntv.az xəbər verir ki, Niyaz Pirməmmədov universitetin Mühəndislik fakültəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisası üzrə II kurs tələbəsi olub.
Məlumata görə, 2005-ci il təvəllüdlü Niyaz Pirməmmədov Bilgəh qəsəbəsində dənizdə çimərkən boğulub.
Hadisədən sonra həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə ailəsinə təhvil verilib.
Qeyd edək ki, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





