
Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.
Qanuntv.az xəbər verir ki, görüşdə iştirak etmək üçün Azərbaycan Prezidenti Çolpon-Ata şəhərində yerləşən Konqres Mərkəzinə gəlib.
Qeyri-rəsmi görüşdə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, ticarət və regional əməkdaşlıq məsələlərinin müzakirə olunması gözlənilir.
Görüşün dövlətlər arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilir.





