
Ağcabədi rayonunda Qarabağ suvarma kanalına düşən bir nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas olunub.
FHN-in yaydığı məlumata görə, hadisə Qarabağ suvarma kanalının rayonun Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib. Bir nəfərin kanala yıxılaraq köməksiz vəziyyətdə qalması barədə daxil olan məlumatdan dərhal sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaş ehtiyatsızlıq nəticəsində kanala yıxılıb və öz gücü ilə sudan çıxa bilməyib.
Dalğıc-xilasedicilərin operativ müdaxiləsi nəticəsində vətəndaş sudan çıxarılaraq təhlükəsiz əraziyə təxliyə edilib.
FHN vətəndaşlara su hövzələrinin yaxınlığında təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edir.





