
Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Prezidenti üçün iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
Qanuntv.az xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib, daha sonra Azərbaycan və Qırğızıstanın dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb, ardınca dövlət başçıları hərbi hissənin önündən keçiblər.
Mərasim çərçivəsində Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim olunub.
Daha sonra fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Rəsmi qarşılanma mərasimi dövlət başçılarının birgə foto çəkdirməsi ilə başa çatıb.








