
Futbol üzrə DÇ-2026-nın final qarşılaşmasını idarə edən sloveniyalı baş hakim Slavko Vinçiç peşəkar hakimlik karyerasını başa vurub.
Qanuntv.az xəbər verir ki, bu barədə Sloveniya Futbol İttifaqı rəsmi məlumat yayıb.
Bildirilib ki, uzun illər beynəlxalq arenada uğurlu fəaliyyəti ilə seçilən Slavko Vinçiç bundan sonra peşəkar hakim kimi fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Vinçiç UEFA və FIFA-nın ən nüfuzlu hakimlərindən biri hesab olunurdu. O, karyerası ərzində UEFA Çempionlar Liqası, Avropa çempionatı və dünya çempionatı kimi mötəbər turnirlərin vacib oyunlarını idarə edib. DÇ-2026-nın final görüşünü idarə etməsi isə onun hakimlik fəaliyyətinin ən yaddaqalan məqamlarından biri kimi tarixə düşüb.





