
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan yeganə abituriyentin kimliyi açıqlanıb.
Qanuntv.az xəbər verir ki, maksimal nəticəyə Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə nail olub.
O, IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq ölkə üzrə yeganə maksimal nəticə göstərən abituriyent olub.
Qeyd edək ki, Samir Tağızadə qəbul imtahanının ilk mərhələsində 691,3 bal toplamışdı.





